İstifadəçi Razılaşması

1.1. Zemora.az internet şəbəkəsindən qeydiyyatdan keçərək və ya istifadə edərək, istifadəçilər aşağıda qeyd olunan bəndlər üzrə məlumatların işlənilməsinə icazə vermiş olurlar:

  • İP ünvanı, cookie məlumatları, brauzer məlumatları və istifadəçinin müstəqil olaraq daxil etdiyi məlumatların Adminstrasiya tərəfindən toplanmasına, işlənilməsinə və saxlanılmasına;
  • Şəxsi məlumatların şifrələnmiş formada saxlanılmasına.

2.1. İstifadəçi, hər hansı bir məlumatı müstəqil şəkildə daxil edərkən aşağıdakı qaydalara riayət etməlidir:

  • Nalayiq və ya təhqiredici sözlərdən istifadə etmək:
    • Məhsul adında
    • Məhsul açıqlamasında
    • Hesab adında
    • Hesabın istifadəçi adında
    • Hesabın açıqlama hissəsində
    • Hesabın “Sosial Şəbəkələr” hissəsində
  • Şəkil və Vizual Məzmun Yüklənməsi:
    • Hər hansı bir şəxsin şəxsi məlumatlarını əks etdirən şəkil yükləmək
    • Şəxsin icazəsi olmadan şəxsə aid şəkil yükləmək
    • Məhsul ilə əlaqəsiz və ya icazəsiz şəkillər yükləmək
    • Açıq şəkillər (pornoqrafik və ya digər uyğun olmayan şəkillər) yükləmək
    • Zemora.az şəbəkəsinə və ya məhsul kateqoriyalarına uyğun olmayan şəkillər yükləmək

3.1. Əgər istifadəçi tərəfindən qeyd olunan qaydalara zidd məlumatlar aşkar edilərsə, Adminstrasiya aşağıdakı tədbirləri həyata keçirə bilər:

  • Məhsulun deaktiv edilməsi
  • Hesabın bloklanması və ya silinməsi

4.1. İstifadəçi, Zemora.az şəbəkəsinin istifadəçisi olaraq razılaşmanı qəbul etdikdən sonra istənilən vaxt hesabının və ya mağazasının silinməsini tələb edə bilər. Hesab silinməsi 30 gün ərzində həyata keçiriləcəkdir.

4.2. Zemora.az Adminstrasiyası, istifadəçinin hesabını silmək qərarı verərsə istifadəçiyə məlumat veriləcəkdir.

5.1. İstifadəçi, Zemora.az şəbəkəsindən istifadə edərkən hüquqi və etik qaydalara uyğun davranmalı, digər istifadəçiləri narahat etməməli və qanuni olmayan fəaliyyətlərdən çəkinməlidir.

6.1. Zemora.az saytının və şəbəkəsinin istifadəsi ilə əlaqədar olaraq, saytın xidmətləri hər hansı bir zəmanət olmadan təqdim edilir. Sayt və ya xidmətlərlə əlaqədar yaranan hər hansı bir zərər və ya itkilərə görə Zemora.az məsuliyyət daşımır.

7.1. Zemora.az istifadəçilərinin şəxsi məlumatlarını qorumağa ciddi yanaşır və bu məlumatların təhlükəsizliyini təmin etmək üçün müvafiq təhlükəsizlik tədbirləri görür. İstifadəçi, qeydiyyat zamanı verdiyi məlumatların doğruluğunu təmin etməlidir.

8.1. Zemora.az istədiyi zaman bu istifadəçi razılaşmasını dəyişdirə bilər. Dəyişikliklər edildikdə, istifadəçilərə əvvəlcədən məlumat veriləcəkdir.