Zemora.az platformasında şəxsi məlumatların toplanması və istifadə şərtləri haqqında ətraflı məlumat.
Zemora.az istifadə etdiyiniz zaman biz müəyyən şəxsi və texniki məlumatları toplayır və emal edirik. Bu sənəd iki hissədən ibarətdir: Məxfilik (hansı məlumatlar toplanır, niyə və necə) və İstifadəçi Razılaşması (xidmət şərtləri, istifadəçinin vəzifə və hüquqları). Hesab yaradarkən və ya xidmətdən istifadə edərkən bu şərtləri qəbul etmiş hesab edilirsiniz.
Topladığımız əsas məlumatlar:
Niyə toplanır?
Hesab yaradılması, sifarişlərin emalı, çatdırılma və müştəri dəstəyi üçün tələb olunur.
Necə toplanır?
İstifadəçi qeydiyyatı zamanı form vasitəsilə və ya profil redaktəsi zamanı daxil edilir.
Niyə toplanır?
Mağaza profilinin tanıtımı, ödəniş və çatdırılma məlumatlarının düzgün göstərilməsi üçün.
Necə toplanır?
Mağaza qeydiyyatı və mağaza parametrləri səhifəsindən sahib tərəfindən daxil edilir.
Niyə toplanır?
Təhlükəsizlik, giriş monitorinqi, saxtakarlığın aşkarlanması və coğrafi statistikalar üçün istifadə olunur.
Necə toplanır?
Server logları və forma göndərişləri zamanı avtomatik toplanır.
Niyə toplanır?
Sessiya idarəsi, istifadəçi seçimlərinin yadda saxlanması və saytın fərdiləşdirilməsi üçün.
Necə toplanır?
Veb brauzerə cookie yerləşdirərək və analytics vasitəsilə avtomatik toplanır.
Niyə toplanır?
Hesab təsdiqi, sifariş bildirişi, şifrə bərpası və vacib bildirişlər üçün.
Necə toplanır?
Qeydiyyat, sifariş forması və ya profil səhifəsi vasitəsilə daxil edilir.
Niyə toplanır?
Sifariş təsdiqi, çatdırılma əlaqəsi və təcili hallar üçün istifadə olunur.
Necə toplanır?
Sifariş zamanı və ya hesab profilində təmin edilir.
Bu bölmə qeyd edir: istifadəçi platformanı necə istifadə etməlidir, hansı hallarda admin tədbir görə bilər və qeydiyyat zamanı istifadəçinin hansı şərtləri qəbul etmiş sayıldığı.
Hesab yaradarkən istifadəçi doğru məlumat daxil etməyi və hesab məlumatlarını təhlükəsiz saxlamayı öhdəsinə götürür. Hesab yaratmaqla istifadəçi bu sənədlə göstərilən məxfilik siyasətini və istifadəçi razılaşmasını qəbul etmiş sayılır.
İstifadəçi təqdim etdiyi ad, e-mail, telefon və mağaza məlumatlarının doğru olduğunu təsdiqləyir. Yanlış məlumat verilməsi nəticəsində yaranan məsələlərdən istifadəçi məsuliyyət daşıyır.
Platformaya yüklənən məhsul təsvirləri, şəkillər və digər məzmun qanunlara, etik normalara və platforma qaydalarına uyğun olmalıdır. Təhqiredici, müəllif hüququnu pozan və ya qadağan olunmuş məzmun yüklənməsi qadağandır.
Adminstrasiya qayda pozuntusu aşkar etdiyi halda məhsulu silmək, redaktə etmək, hesabı müvəqqəti bloklamaq və ya tamamilə silmək hüququna malikdir. Bu tədbirlər istifadəçiyə xəbər verilərək və ya bildirişsiz həyata keçirilə bilər – pozuntunun ağırlığından asılıdır.
Hesab yaradarkən və ya ilk dəfə xidmətlərdən istifadə zamanı istifadəçi qeyd olunan məxfilik siyasəti və istifadəçi razılaşmasını qəbul etmiş sayılır. Həmçinin sifariş yerləşdirmək, mağaza açmaq və ya digər əməliyyatlar həyata keçirərkən müəyyən əlavə şərtlər də tətbiq edilə bilər və onlar əməliyyat zamanı istifadəçi tərəfindən ayrıca təsdiqlənir.
Məlumatlar qanunlarda tələb olunan müddət və ya əməliyyat mexanizmləri üçün lazım olan müddət ərzində saxlanacaq. İstifadəçi məlumatların silinməsini tələb etdikdə, sorğunu doğrulama prosesindən sonra məlumatlar qanunların tələb etdiyi istisnalar xaric silinə bilər.
İstifadəçi və platforma arasında yaranan mübahisələr barış yolu ilə həll edilməyə çalışılacaq; alınmazsa müvafiq məhkəmə və ya aidiyyəti orqanlara müraciət ediləcəkdir.
Zemora.az texniki səbəblərdən xidmətin fasilə edə biləcəyini öncədən xəbər verir. Platforma istifadəçiyə təqdim olunan məlumatların doğruluğunu təmin etmir; məhsulun keyfiyyəti və təsviri mağaza sahibinin məsuliyyətindədir. Hesab yaradılması ilə istifadəçi yuxarıdakı şərtləri və məxfilik siyasətini qəbul etmiş sayılır.
İstifadəçi hüquqları:
Sorğularınızı göndərərkən hesabınızı doğrulayacaq məlumatları əlavə edin (ad, istifadəçi adı, e-mail) — bu, təhlükəsiz və sürətli emal üçün vacibdir.
Bu sənədi zaman-zaman yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər barədə istifadəçilərə e-mail və ya sayt vasitəsilə məlumat veriləcək. Sənədin cari versiyasının tarixi səhifənin üstündə göstəriləcəkdir.